Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil - Paşinyan

9 Dekabr 2021 16:18 (UTC+04:00)

"Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil. Bundan əlavə, danışıqlar prosesi zamanı Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçiriləcəyi yer müəyyən edilməyib". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 8-də Ermənistan Milli Assambleyasının iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində belə bir fikir formalaşıb ki, “Dağlıq Qarabağın yekun statusu” mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur: “Bunu kim dedi? Yekun status müəyyənləşdirilmiş yekun status deməkdir. Mən artıq referendum institutu və onun tələlərindən danışmışam. Məsələn, danışıqlar prosesində Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı nəzərdə tutulurdu. Mən onu da diqqətinizə çatdırmaq istəyirəm ki, danışıqlar prosesində və mövcud sənədlərdə Dağlıq Qarabağ ərazisində potensial referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb. Başa düşürsən? Bu referendumun keçiriləcəyi ərazi müəyyən edilməmişdi. Burada çox incəliklər var”.