Bu Ermənistanın məğlubiyyətini qəbul etməsi demək idi - DEPUTAT ŞƏRH ETDİ

9 Dekabr 2021 15:53 (UTC+04:00)

“Xarici İşlər Nazirliyinin verdiyi məlumatda diqqətimizi çəkən bir çox məqamlar oldu. Beynəlxaq Ədalət Məhkəməsinin illərdir davam edən münaqişədə və Azərbaycanın torpaq bütövlüyü uğrunda apardığı mübarizəni təsdiq edi. Əlbəttə ki, bu Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiyanın və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın ədalətli mövqeyinin, Ermənistanın isə işğalçılıq siyasətinin təsdiqi kimi qiymətləndirilməlidir: “Azərbaycan illərdən bəri hər zaman öz torpaqları uğrunda mübarizə aparıb. Amma təəssüflər olsun ki, ikili standartlarla çıxış edən ölkələr, başda Ermənistan və onun havadarları olmaqla bu münaqişənin sülh yolu ilə həllinə imkan vermədilər. Nəhayət bütün yollar tükəndikdən, Azərbaycan növbəti dəfə Ermənistan tərəfindən ötən il ard-arda təxribatlara sürükləndikdən sonra torpaqları uğrunda birmənalı addım atdı. Ötən ilin sentyabrın 27-də Ermənistana qarşı müharibəyə başladıq. Döyüşlərdən sonra Azərbaycan öz böyük zəfərini çaldı və bu zəfər ötən ilin noyabr ayının 10-da üç ölkənin rəhbərlərinin imzası ilə təstiq edildi”.

Millət vəkili fikirlərinə davam edərək qeyd edib ki, kapitulyasiya haqqında bəyannamə birbaşa Ermənistanın məğlubiyyətini qəbul etməsi demək idi: “Əlbəttə ki, bugün də Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanı haqlı çıxarması, artıq illərdən bəri Azərbaycanın apardığı düzgün siyasətin, cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi uğurlu siyasətin əhəmiyyətli nəticəsi kimi qiymətləndirilməlidir”.

Səbinə Hüseynli