YAP Qax rayon təşkilatının yığıncağı keçirilib FOTOLAR

9 Dekabr 2021 15:02 (UTC+04:00)

YAP Qax rayon təşkilatının "Səhiyyə" ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan YAP Qax rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Natiq Allahverdiyev çıxış edərək, bildirib ki, Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. N.Allahverdiyev 29 illik şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının milli dövlətçiliyə və xalqa misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bu gün ölkə Prezidenti, Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nufuza malik olduğunu bildirib. Ulu Öndərin ideyalarına dərin sədaqət ruhunda fəaliyyət göstərən YAP-ın ölkəmizin dinamik və hərtərəfli inkişafı proseslərində daim ön sırada olaraq fəal iştirak etdiyini diqqətə çatdırıb.

"Səhiyyə" ərazi ilk partiya təşkilatının sədri, həkim-stomatoloq Əfqan Babayev çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd olunub ki, təşkilatın üzvləri rayonda keçirilən bütün tədbirlərdə, ictimai-siyasi proseslərdə yaxından və fəal şəkildə iştirak edirlər.

Yığıncaqda çıxış edən rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini Vahid Məhsimov qeyd edib ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçmişdir: "Bu gün Heydər Əliyev siyasətinə sadiq qalan Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin tarixinin ən böyük nailiyyətlərini əldə edib, möhtəşəm nəticələrə imza atıb. Biz partiya üzvləri də Azərbaycanın gələcəyi naminə daim öz Prezidentimizin yanında olaraq, qalib ölkənin Liderinin siyasətini dəstəkləyəcəyik".

Sonda partiyaya yeni qəbul olunmuş bir qrup gənc tibb işçisinə üzvlük vəsiqələri təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA