“Səhər oyananda sevgilimin üzünə baxmadım”

9 Dekabr 2021 13:55 (UTC+04:00)

Keçmiş həmkarı türk aktrisa Serra Arıtürklə həyat yoldaşı Neslihan Atagülü aldatdığı iddia edilən aktyor Kadir Doğulu susqunluğunu pozub. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyor “bəli, xəyanət etdim” deyib.

2016-cı ildə özü kimi aktrisa Neslihan Atagüllə evli olan Kadir Doğulunun həyat yoldaşını aldatması iddiası gündəmə bomba kimi düşüb. Gözlənilən açıqlamanı "Aşkın Tarifi" serialındakı rol yoldaşı Serra Arıtürklə münasibətdə olduğu iddia edilən aktyor verib.

Ötən gün bir yerdən çıxarkən görüntülənən uğurlu Doğulu, "Bəli, xəyanət etdim. Səhər oyananda sevgilimin üzünə baxmadım” deyərək bu söz-söhbətləri ələ salıb.

Ayşən Vəli