“Onlar mənim şansımdır”

9 Dekabr 2021 13:46 (UTC+04:00)

Məşhur türk müğənni Oğuzhan Koçun yeni mahnısı “Aşkın Mevsimi” keçən həftə Spotify hit-paradlarında 1-ci yerdə olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, mahnı uzun müddət “YouTube”-da 1-ci yerdə qalıb.

Oğuzhan Koç "Aşkın Mevsimi"nin uğurunu sevgilisi Demet Özdemir və "Üç Kişi"dəki dostları İbrahim Büyükak və Eser Yenenlerin bəyənmələri ilə əlaqələndirib.

Müğənni "Onlar mənim şansımdır" deyib.

Ayşən Vəli