Böyük Britaniyadan Rusiyaya - XƏBƏRDARLIQ

9 Dekabr 2021 13:44 (UTC+04:00)

Böyük Britaniya ordusunun Baş Qərargah rəisi Toni Radakin Ukraynaya mümkün işğalın miqyası barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, Radakin Çin, Rusiya, İran və Şimali Koreyanın meydan oxumalarına diqqət çəkərək, təhlükəsizliklə bağlı məsələlərin son 30 ildə heç vaxt olmadığı qədər mürəkkəb və təhlükəli hal aldığını qeyd edib.

Baş Qərargah rəisi bildirib ki, Rusiyanın fəaliyyəti Qərbin dəyərlərinə və maraqlarına təhlükə yaradır. O, həmçinin Çini iqtisadi hədə-qorxu və ya təcavüzkar diplomatiya kimi məsələlərdə beynəlxalq normalara meydan oxumaqda ittiham edib.

Radakin daha sonra jurnalistlərə deyib ki, Rusiyanın Krımı ilhaq etməsindən təxminən 8 il sonra on minlərlə rus əsgərinin Ukrayna sərhədinə toplanması nəticəsində yaranan böhran dərin narahatlıq doğurur.

Britaniya Baş Qərargah rəisi bəyan edib ki, Ukraynanın tam şəkildə işğalı üçün ən pis ssenari baş verərsə, Avropada İkinci Dünya müharibəsindən sonra heç vaxt görünməmiş bir miqyasda müharibə olacaq.