Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb YENİLƏNİB

9 Dekabr 2021 12:55 (UTC+04:00)

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, dekabrın 9-da səhər saat 09:00 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.