Bu il məhsul yığımından sonra qida təhlükəsizliyi hesabatı

9 Dekabr 2021 12:29 (UTC+04:00)

Hind Okeanı sahilindəki Afrika ölkəsi Mozambikdə 1,8 milyon adam qida böhranıyla qarşı-qarşıyadır. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Mozambik Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi tərəfindən hazırlanan “2021-ci il məhsul yığımından sonra qida təhlükəsizliyi hesabatı”nda ölkənin şimalında qarşıdurmalara meydan olan Kabo Delqado (Cabo Delgado) bölgəsinin qida böhranının ən çox yaşandığı yerlər arasında vurğulanıb.

Hesabatda ordu birlikləri ilə Ənsar us-Sunna (Ensar'us Sunna) təşkilatı arasında çıxan qarşıdurmalar üzündən Kabo Delqadoda 932 min adamın qida problemi yaşadığı bildirilir.

Nampula, Niassa, Qaza və Tete bölgələrində də ciddi dərəcədə qida çatışmazlığı olduğu qeyd edilən hesabatda silahlı qarşıdurmalarla yanaşı, iqlim dəyişikliyi, quraqlıq, sel və fırtına kimi hadisələrin də qida problemini artırdığına diqqət çəkilib.

Hesabatda Mozambikdə 1,8 milyon adam qida böhranı yaşadığı və bu rəqəmin 2022-ci ildə ən az 1,4 faizə endirilməsi gərəkliyi yazılıb.