"Brüssel görüşünün ilk növbədə bir simvolik mənası var"- POLİTOLOQ ŞƏRH ETDİ

9 Dekabr 2021 11:46 (UTC+04:00)

“Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Brüsserdə planlaşdırılan görüşü postmünaqişə dövrü baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki, 44 günlük müharibəyə qədər iki tərəf arasında münaqişə həlli ilə bağlı görüşlər keçirilsə də o görüşlər nəticə yaratmırdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Araz Aslanlı deyib.

“Ermənistanın provakasi məqsədində Azərbaycan məcbur qalaraq öz ərazilərini hərbi əməliyyatlar, cavab əməliyyatları yolu ilə işğaldan azad etmək məcburiyyətində qalıb. Azərbaycan məcburi qaydada bu addımları atdı. Lakin 10 noyabrda bu hərbi əməliyyatlar dayandırıldıqdan sonra artıq sürətli şəkildə postmünaqişə dövrünə keçməyin zərurəti yaranıb. Postmünaqişə dövrünə keçməyin zərurətindən yaranan addımlar nədir? Bir an əvvəl Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının artıq tam şəkildə başa çatdırılması, iki dövlət arasında sərhədlə bağlı iki dövlətin razılığının əldə olunması, regionda kommunikasiya xətlərinin açılması və quruculuq işlərinin görülməsidir. Bu istiqamətdə indiyə qədər müxtəlif görüşlər keçirilib. Xatırlayaq ki, ilki 10 noyabr razılaşmasından təxminən iki ay sonra Rusiyada keçirildi. XİN səviyyəsində, Baş nazirlərinin müavinləri səviyyəsində yenə Rusiyanın iştirakı ilə müxtəlif görüşlər oldu. Aydırdır ki, yəqin ki Ermənistan bu prosesin sadəcə Rusiya tərəfindən keçirilməsini istəmir. Bu məsələ Azərbaycana və Ermənistana aid olan məsələdir. Məlumdur ki, prosesdə marağı olan həm Rusiya həm də Qərbdən müxtəlif dövlətlər var. Onlar istəyirlər ki, bu prosesdə onların da maraqları təmin olunsun, ən azından bu prosesdən tamamən kənarda qalmasınlar. Bu mənada Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi zəruridir. Bu görüşün ilk növbədə bir simvolik mənası var, amma eyni zamanda həm Ermənistan həm də Azərbaycan maraqlıdır. Lakin Ermənistan da maraqlı olmalıdır ki, indiyə qədər atılan addımlar görüntü xarakteri daşımasın, provakasiyalarla dayandırılmasın. Hətta Avropa dövlətləri xüsusən də Fransa, ABŞ görməlidirlər ki, burada doğrudan da proses postmünaqişə dövrünün quruculuq prosesidir. Burada proses Rusiyanın regionda yenidən güclənməsi prosesi deyil. Müəyyən fərqli istiqamətlər, məqamlar ola bilər. Lakin proses əslində münaqişə başa çatıb və quruculuq prosesi gedir və Avropa İttifaqının, NATO-nun üzvü olan dövlətlər də bu prosesin qurucu mənada iştirakçısı ola bilərlər. Brüsseldəki görüşü, prosesin Qərb dövlətləri üçün qaranlıq olan detallarının onlar tərəfindən görünməsinə də imkan yaradacaq”.