Ermənistan dəhlizi açmasa, bizim açmaq üçün gücümüz var - DEPUTAT AÇIQLADI

9 Dekabr 2021 11:40 (UTC+04:00)

"Bildiyimiz kimi cənab Prezidentin Quba rayonuna səfəri baş tutdu. Bu səfərin əhəmiyyəti orda tikilən məktəb və həyata keçirilmiş müəyyən abadlıq işləri idi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, Quba səfərində cənab Prezident ictimaiyyətin nümayəndələri ilə görüşdü: "Təbii ki, Qubaya gedilən zaman mütləq Qırmızı qəsəbədə görüş nəzərdə tutulmuşdu və əhali ilə fikir mübadiləsi aparıldı. Səfər zamanı Azərbaycan-Ermənistan arasında olan münasibətlərdən danışarkən Zəngəzur dəhlizi mövsuzuna da toxunuldu. Prezident 44 günlük müharibə dövründə də xəbərdarlıq edirdi ki, tarix deyilsin, həmin vaxtda qoşunlarını bizim ərazimizdən çıxaracaqlar və biz müharibəni dayandıracağıq. Belə də oldu. Eynilə indi də o mesaj verildi ki, ermənilərə deyirik ki, dəhlizin açılması ilə bağlı bizə tarix deyin. Onsuz da biz o dəhlizi açacağıq. Bu çox ciddi bir mesaj idi, bundan sonra erməni cəmiyyətində ciddi təşviş düşüb. Əgər, Prezident İlham Əliyev bu fikri səsləndirdisə, demək biz nə olursa olsun o sərhəddi açacağıq. Artıq bu, ermənilərə çox ciddi mesaj idi ki, siz dəhlizi açmasanız, bizim açmaq üçün gücümüz var".

Səbinə Hüseynli