Zərdab sakinindən tüfəng götürülüb

9 Dekabr 2021 11:17 (UTC+04:00)

Zərdab sakinində tüfəng aşkarlanıb. Bu barədə SİA-nın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Qoruqbağı kənd sakini Şirvan Rəsulovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.