Ermənistanda son 24 saatda 19 nəfər koronavirusdan ölüb

9 Dekabr 2021 10:40 (UTC+04:00)

Ermənistanda son sutkada daha 300 nəfərdə COVID-19 aşkarlanıb.

SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 341 768-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 7 747-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 464 nəfərdir. İndiyədək 323 016 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 541 aktiv koronavirus xəstəsi var.