Hökumətin yeni tərkibi təsdiqlənib

9 Dekabr 2021 06:12 (UTC+04:00)

Dekabrın 8-də İsveçrədə Birləşmiş Federal Məclis yeni federal hökuməti seçib.

SİA xəbər verir ki, xarici işlər naziri İnyasio Kassis bir il müddətinə Federal Prezident seçilib. Federal Məclisdə 197 nümayəndədən 156 nəfər onun lehinə səs veriblər. Vitse-prezident vəzifəsinə isə daxili işlər və səhiyyə naziri Alen Berset seçilib. Hökumətin digər üzvləri isə tutduqları vəzifələri davam etdirdiklərinə görə, həmin postlara seçki keçirilməyib.

Qeyd edək ki, 2017-ci ildə Didye Burkhalterin postuna federal hökumətə seçilən İ.Kassis indiyədək xarici işlər naziri vəzifəsini icra edirdi. 60 yaşlı siyasətçinin namizədliyi İsveçrə Liberallar Partiyası tərəfindən irəli sürülüb və bütün parlament partiyaları tərəfindən dəstəklənib. İtalyan kökənli İ.Kassis İsveçrədə doğulsa da, 1976-cı ildə İsveçrə vətəndaşlığını əldə edib.

İsveçrədə Federal Prezident reprezentativ status daşıyır və nazirlər kabinetinin iclaslarına sədrlik edir. İ.Kassis vəzifə səlahiyyətlərinin icrasına gələn il yanvarın 1-dən başlayacaq.