Gənc əlbəyaxa dava zamanı bıçaqlanıb

9 Dekabr 2021 02:07 (UTC+04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Asəf Zeynal küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Elçin Allahverdiyev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.