Gürcüstanın 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ixracı 443,3 milyon dollar təşkil edib.
SİA xəbər verir ki, bu ilin göstəricisi 2020-ci ilin eyni dövrü (364,5 milyon ABŞ dollar) ilə müqayisədə 21,6 faiz artıb.
2021-ci ilin yanvar-oktyabr aylarında dəyər ifadəsində Gürcüstandan Azərbaycana ən çox ixrac edilən mallar aşağıdakilərdir:
Nəqliyyat avadanlığı - 225,9 milyon dollar;
Sənaye təchizatı - 75,9 milyon dollar;
Qida məhsulları və içkilər - 54,4 milyon dollar;
İstehlak malları - 52,7 milyon dollar;
İstehsal dəyəri olan mallar - 28,6 milyon dollar.
Azərbaycan Gürcüstanla aparıcı ixrac ticarət tərəfdaşları arasında 3-cü yerdədir. Eyni zamanda, Gürcüstanın ixracının ümumi həcmində Azərbaycanın payı 13,1 faiz təşkil edir.