Azərbaycanlı kursantlar Türkiyədəki təlimləri başa çatdırıblar FOTO

8 Dekabr 2021 15:42 (UTC+04:00)

Azərbaycandan təlim üçün Türkiyəyə gedən 6 kursant Polis Zabitlər Mərkəzindən məzun olub.

SİA-nın xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, məzuniyyət tədbirində Azərbaycan səfiri Rəşad Məmmədov iştirak edib.

O, çıxış edərək məzunlara gələcəkdə uğurlar diləyib.