Zəfər paradı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir - PARTİYA SƏDRİ AÇIQLADI

8 Dekabr 2021 14:31 (UTC+04:00)

"Hamıya məlumdur ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi genişmiqyaslı təxribatlar törədərək sərhəd zonlarında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif növlü artilleriya qurğuları ilə intensiv şəkildə atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlanması barədə qərar verilib. Qarşıdurmanın nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi. Ermənistan Respublikası ilə 44 gün davam edən müharibə ərzində 30 il işğal altında olan torpaqlarımızı azad etdik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.

Onun sözlərinə görə, Türkiyə bölgədə çox ciddi dövlətdir: "Türkiyə prezidentinin Zəfər paradında iştirak etməsi Azərbaycan üçün çox önəmlidir. Bu paradla sanki Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibəyə nöqtə qoyuldu. Zəfər paradı hərbi-siyasi baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda fəaliyyət göstərən hərbi birliklərin, qoşun növlərinin, dəniz piyadalarının, aviasiyanın birgə təlimlərinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində qələbə əldə olundu".

Arzu Qurbanzadə