Ali məktəblərdə semestr imtahanları HANSI FORMADA KEÇİRİLƏCƏK? - EKSPERT AYDINLIQ GƏTİRDİ

8 Dekabr 2021 11:44 (UTC+04:00)

“Semestr imtahanlarının ənənəvi qaydada keçirilməsi nəzərdə tutulub. Əgər universitetlər imtahanları test üsulu ilə götürsə o zaman imtahan da onlayn qaydada ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, pandemiya şəraitindən asılı olaraq yoluxma faktında kəskin artma müşahidə olunarsa imtahanlar onlayn olacaq: “Amma hal-hazırda bütün universitetlərin hər biri imtahanları dekabr ayının sonuna olmaq şərtilə ənənəvi qaydada keçirməyi düşünürlər. Çünki, ölkədə olan pandemiya şəraiti hal-hazırda imkan verir ki, istər dərslər, istərsə də imtahanlar ənənəvi qaydada həyata keçirilsin”.

Elçin Əfəndi sözlərinə belə davam edib “Nəzərinizə çatdırım ki, bu yoluxma faktı təbii ki, imtahanların keçirilməsinə qədərki dövrdə daha kəskin şəkildə artarsa və müəyyən qaydalar, koronavirusun yeni ştamı ölkədə yayılarsa o zaman qərar verilə bilər. Hal-hazırda belə bir həyəcan təbili çalacaq durum yoxdur. Ona görə də tələbələr yaxşı olar ki, imtahanların ənənəvi qaydada olmasını düşünüb tədricən yaxşı hazırlaşsınlar”.

Ayşən Vəli