Azərbaycan Karyera İnkişaf Forumu başlayıb

8 Dekabr 2021 10:29 (UTC+04:00)

Bakıda "Azərbaycan Karyera İnkişaf Forumu" keçirilir. SİA-nın məlumatına görə, forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər və qonaqlar iştirak edirlər.

Nazir Sahil Babayev məşğulluq barədə məlumat verib. O, sadəcə KOBİA vasitəsi ilə xeyli vətəndaşın özünəməşğulluğa cəlb edildiyini qeyd edib. Hədəf kimi məşğulluq işində iştirak edənlərin yarısına qədərinin ixtisaslaşdırılması nəzərdə tutulduğu diqqətə çatdırılıb: "Eyni zamanda Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə ixtisaslaşmış kadrlara xeyli ehtiyac var"