Bakıda Beynəlxalq Bankçılıq Forumu keçirilir

8 Dekabr 2021 10:36 (UTC+04:00)

Bu gün Bakıda V Beynəlxalq Bankçılıq Forumu (BBF) işə başlayıb. SİA xəbər verir ki, sabah başa çatacaq tədbir “Nağdsız İqtisadiyyat: Etibarlı, Təhlükəsizlik və Dayanıqlı” mövzusunda “MasterCard” şirkətinin tərəfdaşlığı ilə keçirilir.

Forum Bakıda illik olaraq təşkil edilən iki tədbirdən biridir və regionun ən qabaqcıl maliyyə və bankçılıq tədbiridir.

Tədbir çərçivəsində aşağıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılacaq:

- Rəqəmsal Bank
- Hər Cihazda Bankçılıq
- Platforma Bankçılığı və Rəqəmsal Ekosistem
- İnnovativ Ödəniş Ekosistemi
- Rəqəmsal Valyutalar: Mərkəzi Banklara gedən yol
- Blokçeyn Texnologiyası: Maliyyə Xidmətlərində Tarixi Layihələr
- Təkmilləşən Ekommersiya: Artan Tələb
- Komplaynsa Fokuslanma
- Distant Bankçılıq: Təhlükəsiz İdentifikasiya
- Yeni Normal: Yeni Kibertəhlükəsizlik Trendləri