ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

8 Dekabr 2021 10:05 (UTC+04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 3 089 min barel azalaraq təxminən 430 020 mln. barel təşkil edib. SİA-nın verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 093 min barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.