Dünya bazarlarında qazın bahalaşması davam edir

8 Dekabr 2021 09:24 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

SİA xəbər verir ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,55 faiz artaraq 3,79 ABŞ dolları təşkil edib.