Külək enerjisinin gücü 10 min 580 meqavata çatıb

8 Dekabr 2021 08:58 (UTC+04:00)

SİA xəbər verir ki, Türkiyə Külək Enerjisi Dərnəyinin (TÜREB) prezidenti Əbru Arıcı bu barədə mətbuata yayıb.

Arıcı bildirib ki, Türkiyədə 270 külək enerjisi layihəsi həyata keçirilib. Yeni növ koronavirus (Covid-19) epidemiyası dövrü də daxil olmaqla, 2020-ci ildə cəmi 1241 meqavatlıq quraşdırılmış külək enerjisi gücü istifadəyə verildiyini ifadə edən Arıcı bu günün 4 dekabr 2021-ci il tarixi etdibarı ilə 1747 meqavat istehsal həcminə yüksəltildiyini qeyd edib. Türkiyənin külək enerjisi sektoru epidemiyanın tüğyan etdiyi dövrdə bilə İnvestisiyalarını davam etdirdiyini sözlərinə əlavə edib.