Avtomobil gənc qızı vuraraq ona ağır xəsarət yetirib

8 Dekabr 2021 07:28 (UTC+04:00)

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, "VAZ-2104" markalı avtomobil yolu keçən 25 yaşlı Səbinə Həsənovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona daxili orqanların zədələnməsi diaqnozu qoyulub. S.Həsənova əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.