SİA xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Diplomatın sözlərinə görə, bütün tərəflər – qarant ölkələr və müşahidəçilər danışıqların 17-ci raundunda iştirak edəcəklərini təsdiqləyiblər.

Suriya üzrə Astana formatında danışıqların əvvəlki raundu iyulun 7-8-də Nur-Sultanda keçirilib. Onlar Suriyadakı mövcud vəziyyət, humanitar yardımların çatdırılması, Suriya Konstitusiya Komitəsinin Cenevrədəki işinin bərpası, əsirlərin mübadiləsi, məhbusların azad edilməsi, eləcə də itkin düşənlərin axtarışı kimi məsələləri müzakirə ediblər.