5 yaşdan yuxarı uşaqlara vaksin vurulacaq

8 Dekabr 2021 04:15 (UTC+04:00)

İspaniyanın Səhiyyə Nazirliyi uşaqların beş yaşından etibarən koronavirusa qarşı peyvənd edilməsinə icazə verib.

SİA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, vaksinasiya 5-11 yaş arası uşaqları əhatə edəcək.

Bu yaş qrupundan olan uşaqlar üçün prosesə dekabrın 13-dən başlanacaq.