Messi Ronaldonun rekordunu təkrarladı

8 Dekabr 2021 03:31 (UTC+04:00)

PSJ-nin futbolçusu Lionel Messi "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

SİA xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Brügge" ilə matçda (4:1) dubl edərək nail olub. Bununla da, argentinalı oyunçu ÇL-də qol vurduğu komandaların sayını 38-ə yüksəldib.

Beləliklə, Messi Ronaldonun bu göstəricidəki rekordunu təkrarlayıb.