İsveçdə COVID-lə bağlı yeni qaydalar qüvvəyə minir

8 Dekabr 2021 01:06 (UTC+04:00)

İsveç ölkədə COVID-19-a yoluxanların sayında artımın qarşısını almaq üçün sosial məsafəyə riayət etmək və ictimai nəqliyyatda maskalardan istifadə etməyi nəzərdə tutan bir sıra tədbirləri yenidən tətbiq edəcək.

SİA xəbər verir ki, baş nazir Magdalena Andersson mətbuat konfransında bildirib ki, ölkədə yoluxanların sayında artım müşahidə olunur, lakin bu say hələ ki elə də yüksək səviyyədə deyil. Yeni qaydaları əlavə ehtiyat tədbirlər kimi xarakterizə edərək, bunu vəziyyətin daha da pisləşməməsi üçün tətbiq ediləcəyini qeyd edib.

İsveçdə yoluxma halları payızdakı nisbətən stabil göstəricilər ardından son həftələrdə artmağa başlayıb. Xəstəxanaya yerləşdirənlər və reanimasiyaya ehtiyacı olan xəstələrin sayına görə İsveçdə hələ də Avropada ən yaxşı göstəricilər müşahidə olunur.