Peyvənd olunanlar üçün məhdudiyyətlər ləğv edilir

8 Dekabr 2021 01:02 (UTC+04:00)

Avstriyada dekabrın 13-dən etibarən peyvənd olunmuş şəxslər üçün qapanmalar bitəcək.

SİA-nın xəbərinə görə, peyvənd olunmayanlar üçün isə məhdudiyyətlər qüvvədə qalacaq.

Bu barədə ölkənin yeni kansleri Karl Nehammer məlumat verib. 2022-ci il fevralın 1-dən isə Avstriyada vaksinasiya məcburi olacaq.

Qeyd edək ki, Avstriya vaksini məcburi edən ilk Avropa ölkəsidir.