Suriya üzrə danışıqların növbəti raundu keçiriləcək

7 Dekabr 2021 22:41 (UTC+04:00)

“Astana formatı” üzrə Suriya ilə bağlı danışıqların növbəti raundu 21-22 dekabr tarixlərində Qazaxıstan paytaxtı Nur-Sultanda keçiriləcək.

SİA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Suriya üzrə danışıqlarda bütün tərəflərin iştirakını təsdiqlədiyi vurğulanıb.