Lerikdə zəlzələ oldu

7 Dekabr 2021 22:22 (UTC+04:00)

Azərbaycanda zəlzələ olub.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ saat 21:09-da Lənkəran stansiyasından 14 km qərbdə Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.