Putin Bayden görüşü başa çatıb

7 Dekabr 2021 21:41 (UTC+04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb.

SİA xəbər verir ki, qapalı şəkildə keçirilən danışıqlar iki saat davam edib.

Qeyd edək ki, bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.