Həbsxanada yanğın oldu və məhbuslar yanaraq öldü

7 Dekabr 2021 17:34 (UTC+04:00)

Şərqi Afrika ölkəsi Burundidə həbsxanada baş verən yanğında 38 məhbus həyatını itirib, 39 nəfər isə yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğının necə başladığı ilə bağlı rəsmi açıqlama verilməsə də, hadisə şahidləri yanğından xilas olmaq üçün “açın qapını” deyə qışqırıblar. Polislər isə aldıqları əmrə görə qapını aça bilməyəcəkləri cavabını veriblər. Agentliklər çoxlu yanmış cəsədin içəridə qaldığı yanğının nəzarət altına alındığını bildiriblər.