Ermənistan yenidən özünü təhlükə qarşısında qoyacaq - DEPUTAT MÖVQE BİLDİRDİ

7 Dekabr 2021 16:04 (UTC+04:00)

"Soçidəki görüşdə delimitasiya, demarkasiya, hər bir ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlər müəyyən mənada həllini tapdı". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Asim Mollazadə bu barədə fikrini belə izah edib: "Soçidə artıq müəyyən bəyanat imzalandı. Brüssel görüşündə də bu proses davam etdiriləcək, bütün dünyanın maraqlarına uyğun olan Zəngəzur dəhlizinin açılmağı ilə bağlı müəyyən qərarlar gözləyirik. Bu qərarlar olmasa, Ermənistan yenidən özünü təhlükə qarşısında qoyacaq. Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan bunu istənilən görüşlərdə istənilən müstəvidə, istənilən platformada bəyan edib. Azərbaycanın istəyi məhz Ermənistanın öhdəliklərini yerinə yetirməyi ilə bağlıdır".