Deputat Əlcəzair və Misir mətbuatında Qarabağın bərpasından yazdı - FOTOLAR

7 Dekabr 2021 16:01 (UTC+04:00)

Milli Məclisin deputatı Könül Nurullayeva Misirin və Əlcəzairin nüfuzlu mətbuat orqanlarında işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bərpasından yazıb. SİA xəbər verir ki, “Azərbaycan Qarabağı dünyanın ən inkişaf etmiş bölgəsinə çevirir” başlıqlı məqalədə müəllif 2020-ci il sentyabrın 27-də Azərbaycanın öz ərazi bütövlüyü naminə apardığı 44 günlük Vətən müharibəsinin nəticəsi barədə oxucuları məlumatlandırıraq, bildirir ki, Azərbaycanın bu qələbəsi Cənubi Qafqaz regionu üçün yeni mərhələnin başlanğıcı oldu: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi. Beləliklə, 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhayət azaddır və bu bölgədə yeni inkişaf dövrü başlayıb. Yəni, faktiki bölgədə dayanıqlı sülh, inteqrasiya və əməkdaşlıq üçün tarixi şans yaranıb. İkinci Qarabağ müharibəsindən sonra formalaşmış bu reallığın müsbət məcrada inkişafı üçün bütün tərəflərdən, xüsusilə də Ermənistandan konstruktivlik tələb olunur”.

K.Nurullayeva qeyd edib ki, işğal dövründə Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb,təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İndi Azərbaycan yerlə yeksan edilən Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldir: “Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıb və artıq ilkin nəticələr var. Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır. Yeni məscidlər inşa olunur, Qarabağdan yenidən azan səsi gəlir. Bu il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Azad olunan şəhərlərin baş planları təsdiqlənib.

Azərbaycan Prezidenti İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib.” Məqalədə həmçinin qısa müddətdə inşa olunan unikal və beynəlxalq əhəmiyyətli infrastruktur layihələrə də toxunulub:“Cəmi 8 aya inşa olunan Füzuli Beynəlxalq Hava Limanı da bu bölgənin əsas nəqliyyat infrastrukturlarında biridir. Azərbaycan bu limanı inşa etməklə Qarabağın hava qapısını açmış oldu. Mürəkkəb relyef şəraitinə baxmayaraq, Azərbaycan Qarabağda daha iki hava limanı inşa etməkdədir. Məsələ burasındadır ki, bu ərazilərdə heç vaxt hava limanı olmayıb, Azərbaycan bununla ilkə imza atır. İlklərdən biri də “smart city” təcrübəsinin işğaldan azad olunan Zəngilan rayonunda tətbiqidir ki, bu da bölgəyə 30 ildən sonra geri qayıdan sadə vətəndaşların rifahını ən yüksək səviyyədə təmin etməyə hesablanıb. 30 ilə yaxın müddətdə boz zona kimi qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi indi xarici investorlar üçün cəlbedici məkana çevrilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən xarici şirkətlər bərpa prosesində fəal iştirak edərək, təbii resurslarla zəngin Qarabağın və Şərqi Zəngəzurun inkişafına töhfə verir. “
K.Nurullayeva qeyd edib ki, bütün regionun rifahına xidmət edən, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək Zəngəzur dəhlizi də reallığa çevrilir: “Rusiya prezidentinin vasitəçiliyi ilə noyabrın 26-da Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə də tərəflər sərhədlərin delimitasiya və demarkasiyanı sürətləndirmək üçün razılığa gəldilər. Bununla bağlı rəsmi şəkildə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiya yaradılacaq. Bu, 44 günlük müharibənin başa çatması ilə əlaqədar 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata əsaslanır. Azərbaycan və Ermənistan sərhədləri tezliklə müəyyənləşməli və yekun sülh müqaviləsi imzalanmalıdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının noybrın 27-də Aşqabadda keçirilən növbəti sammitində Azərbaycan prezidenti təşkilata üzv ölkələr üçün Cənubi Qafqaz regionunda yeni imkanlar açıldığını bəyan etdi. Beləliklə, artıq regionda Azərbaycanın müəyyən etdiyi reallıqlara uyğun və bütün tərəflərin maraqlarına cavab verən qarşısıalınmaz proses start götürüb. Bu proses regiona sülh, xalqlara isə rifah bəxş edəcək”.
Qeyd edək ki, K.Nurullayevanın müəllifi olduğu məqalə İraq, Yəmən və Sudanın da nüfuzlu kütləvi informasiya vasitələrində dərc olunub.

Keçid üçün linklər:

http://www.alwasela.com/797331

https://businessnowsd.com/archives/6023

https://alqraralaraby.com/%D8%AE%D8%A8%D8%B1/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D9%88%D9%84-%D9%82%D8%B1%D8%A7%D8%A8%D8%A7%D8%BA-%D8%A5%D9%84%D9%8A-%D8%A3-%D9%83%D8%AB%D8%B1-%D8%A7%D9%84%D9%85%D9%86%D8%A7%D8%B7%D9%82-%D8%AA%D8%B7%D9%88%D8%B1%D8%A7%D9%8B-%D9%81%D9%8A-%D8%A7%D9%84%D8%B9%D8%A7%D9%84%D9%85-/165557

https://sinopanorama.net/2021/12/02/%d9%83%d9%88%d9%86%d9%88%d9%84-%d9%86%d9%88%d8%b1%d8%a7%d9%84%d9%84%d9%87%d9%8a%d9%8a%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%aa%d8%ad%d9%88%d9%84/

https://alharir.info/%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%aa%d8%ad%d9%88%d9%84-%d9%82%d8%b1%d8%a7%d8%a8%d8%a7%d8%ba-%d8%a5%d9%84%d9%8a-%d8%a3%d9%83%d8%ab%d8%b1-%d8%a7%d9%84%d9%85%d9%86%d8%a7%d8%b7%d9%82/

https://sudanfuture.net/2021/12/03/41012/

https://elhorreya.com/24681

https://www.tryagnews.com/30420

https://altnmiapress.net/articles/61784

https://www.agnaden.net/?p=9880