YAP Ağdam rayon təşkilatı şəhid Novruz Əsgərovun ailəsini ziyarət edib FOTOLAR

7 Dekabr 2021 15:34 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının əməkdaşları və YAP könüllüləri Vətən müharibəsində şəhid olmuş mayor Əsgərov Novruz Ələddin oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Sonra şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar. Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Əsgərov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Novruz Əsgərov ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Zümrüd BAYRAMOVA