İsrail Suriyaya hava hücumu edib - İDDİA

7 Dekabr 2021 11:49 (UTC+04:00)

Suriya Müdafiə Nazirliyi İsrailin yerli vaxtla saat 01:23-də hava hücumu ilə Latakiya limanını hədəf aldığını iddia edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, can itkisinin olmadığı bildirilən xəbərdə limanda bir çox ticarət konteynerində yanğının çıxdığı irəli sürülüb.