Hamilə bacısının başını kəsərək selfi çəkdirdi

7 Dekabr 2021 11:06 (UTC+04:00)

Hindistanda 17-18 yaşlarında olduğu bildirilən gənc, anasının köməyi ilə hamilə bacısının başını kəsərək selfi çəkdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iddia edilib ki, gəncin böyük bacısının başını kəsməsinə səbəb onun bəyənmədikləri şəxslə ailə həyatı qurması olub. Bu hücumun artından həm cinayətkar, həm də anası polis tərəfindən həbs edilib.