Jurnalistlərlə kobud rəftar edən DSX əməkdaşı cəzalandırılıb

7 Dekabr 2021 11:03 (UTC+04:00)

Jurnalistlə kobud rəftar edən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı Rövşən Cahangirova məzəmmət elan olunub.

SİA-nın məlumatına görə, bu barədə DSX-nin Mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, DSX rəhbərliyi tərəfindən məsələ araşdırılıb və qurumun əməkdaşı R.Cahangirova məzəmmət elan edilib.

Xatırladaq ki, R.Cahangirov ötən həftə helikopter qəzasında həlak olan şəhidlərin dəfn mərasimində çəkiliş aparan KİV əməkdaşlarına qarşı kobud davranmışdı.