Baş nazirin koronavirus testi müsbət çıxdı

7 Dekabr 2021 11:01 (UTC+04:00)

Finlandiyanın baş naziri Sanna Marinin gecə əyləncəsi gündəm olub. Xarici işlər naziri Pekka Haavistonun Covid-19 testinin müsbət çıxdığı gündə Marinin səhərə qədər dostları ilə gecə klubunda əylənməsi bir çox vətəndaşın sərt reaksiyası ilə qarşılanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi, Haavistonun dekabrın 4-də yerli vaxtla saat 22.30-da Covid-19-a yoluxduğunu açıqlayıb. Nazir Haavisto ilə təmasda olan bütün dövlət işçilərinə yazılı mesaj ilə məlumat verildiyini bildirib. Sosial mediada bir istifadəçi Marin haqqında “Xahiş edirəm, belə vəziyyətdə olan istənilən ağıllı adam evdə oturar və sərxoş olmaq üçün gecə klubuna getməzdi” deyib. Başqa bir istifadəçi isə “Ölkənin baş nazirinin cib telefonu yanında olmayıb və onunla əlaqə saxlamaq mümkün olmayıb. Əgər müharibə olsa və Sanna barda olsa, Tanrı bizə kömək olsun” deyib.