Sərnişin avtobusu yük maşını ilə toqquşub...

7 Dekabr 2021 09:30 (UTC+04:00)

İranın İsfahan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub və aşıb.

SİA-nın Tehran bürosunun məlumatına görə, qəza yerli vaxtla saat 03:20 radələrində Fin bağı bölgəsində baş verib. Qəza nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın baş verməsinə səbəb yük maşını sürücüsünün yorğun və yuxulu olması olub. Faktla bağlı cinayət işi açılıb.