Çex təqaüdçülərə peyvənd məcburi vurulacaq

7 Dekabr 2021 08:36 (UTC+04:00)

Bu həftənin sonuna qədər Çex Respublikasının Səhiyyə Nazirliyi pensiyaçılar və bir sıra peşə nümayəndələri üçün koronavirusa qarşı peyvəndin məcburi vurulması haqqında əmr verəcək.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Adam Voytex deyib.

Nazir bildirib ki, hökumət 60 yaşdan yuxarı ölkə sakinlərini, həmçinin həkimləri, sosial təminat işçilərini, yanğınsöndürənləri və polis əməkdaşlarını koronavirusdan qorumaq üçün peyvənd olunmalı üçün atılan addımları dəstəkləyib. Gələn il martın 1-dən onlar üçün məcburi peyvənd təyin olunacaq.