Bakıda motosikletçini avtomobil vurub

7 Dekabr 2021 07:27 (UTC+04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Qurbanov Fərid İlham oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.