Bayden və Putin görüşünün başlayacağı vaxt açıqlandı

7 Dekabr 2021 07:06 (UTC+04:00)

ABŞ və Rusiya Prezidentləri Cozef Bayden və Vladimir Putin arasında bu gün baş tutacaq videogörüşün vaxtı açıqlanıb.

SİA xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Görüşün neçə saat davam edəcəyi barədə məlumat yoxdur.