SİA xəbər verir ki, ordu tərəfindən reydlər Ənbar vilayətinin səhra ərazilərindən birində həyata keçirilib.

Radikal qruplaşmanın üzvləri beynəlxalq koalisiyanın kəşfiyyat təyyarəsi tərəfindən izlənilib, bundan sonra alınan məlumat əsasında İraq Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ekstremistlərin gizləndiyi ərazini bombalayıb. Hava hücumundan sonra əraziyə ordu birləşmələri göndərilib, onlar ərazidə digər terrorçuların olub-olmamasını və sığınacaqları yoxlayıblar.