Sərhədlərin bağlanması tələb olunmur?

7 Dekabr 2021 04:43 (UTC+04:00)

“Rusiyada yeni "omicron" ştamının yaranması ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlərin, o cümlədən sərhədlərin bağlanması tələb olunmur”.

SIA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin sədri Dmitri Xubezov “Rossiya-24” telekanalının efirində bildirib.

Rusiyada koronavirusa qarşı peyvəndləmənin sürətləndiyini vurğulayan komitə sədri deyib ki, yeni məhdudiyyətlərin tətbiqi, əslində heç bir məna kəsb etmir: “Hazırda hesab edirəm ki, artıq tətbiq edilənlərdən əlavə, heç bir əlavə tədbir tələb olunmur. Sərhədlərin də həmçinin, bağlanması tələb olunmur”.