Səfir Rəşad Məmmədov türkiyəli nazir müavini ilə görüşüb

7 Dekabr 2021 02:49 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalla görüşüb.

SİA xəbər verir ki, dekabrın 6-da keçirilən görüş zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələrlə bağlı önəmli mövzular müzakirə olunub.