Bakıda yolu keçən piyadanı avtomobil vurub

7 Dekabr 2021 03:52 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

SIA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Mikayılov Məhəmmədəli Ceyhun oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.