Əl-Riyad üzrəində vurulan raket...

7 Dekabr 2021 02:27 (UTC+04:00)

BMT-nin məlumatına görə, təxminən 2,9 milyard insanın qlobal şəbəkəyə heç vaxt çıxışı olmayıb.

Onların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Beləliklə, demək olar ki, dünya əhalisinin təxminən üçdə birinin İnternetə çıxışı heç vaxt olmayıb, baxmayaraq ki, qoşulan insanların sayı durmadan artır. SİA bu barədə xarici mətbuata istinad edir.

BMT yanındakı Beynəlxalq Telekommunikasiya İttifaqı qalan insanları İnternetlə təmin etmək üçün lazımi məntəqələri hazırlayacağını və tikəcəyini vəd edir.

Bununla yanaşı, son bir ildə İnternetə qoşulanların sayı artıb. Belə ki, 2019-cu ildən indiyədək daha 782 milyon insan İnternetə qoşulub.

COVID məhdudiyyətləri də 4,1 milyard əvəzinə 4,9 milyard insanın İnternetə çıxışı olmasının qismən səbəbidir.

Yaşlılar, qadınlar və kənd sakinləri İnternetə əli çatmayan insanlar arasında daha çoxdur, inkişaf etməkdə olan ölkələrdə fərq daha böyükdür.