Türkiyə və BƏƏ arasında normallaşma...

7 Dekabr 2021 00:40 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmən başçısı olan Məhəmməd ibn Zayed əl-Nahyanın Türkiyəyə səfərindən sonra politoloqlar Türkiyə və Körfəz ölkələri əlaqələrinin gələcəyini müzakirə etməyə başladı. Bu səfər 2011-ci ildən iki fərqli düşərgəyə yön alan və var gücü ilə mübarizə aparan iki ölkənin əlaqələrində yumşalmanın göstəricisi olması baxımından əhəmiyyətlidir. Bundan başqa, tərəflər 10 milyard dollarlıq ticarət və sərmayə müqavilələrinin bağlanması ilə bağlı da müzakirələr apardılar. Siyasi olaraq son 10 ildə qarşılıqlı sərt siyasətlər izləyən iki ölkənin iqtisadi əlaqələri bu sərtlikdən yara almamış olsa da, BƏƏ başçısının səfərinin bölgənin gələcəyi baxımından bir mənası var. SİA bu barədə türk mətbuatına istinad edir.

İki ölkə - Türkiyə və BƏƏ neçə müddətdir yaxınlaşma ilə bağlı qarşılıqlı addımlar atmaqda idi. Ancaq heç kim bu normallaşmanın sürətli olacağını gözləmirdi. Bu yaxınlaşmada hər iki tərəf üçün bir sıra səbəblər var. BƏƏ rəhbərinin Türkiyə səfəri hər şeydən əvvəl, regional və qlobal dəyişmənin təbii nəticəsi idi. ABŞ-dan Co Baden hökumətinin Orta Şərq və Körfəz ölkələri ilə bağlı Tramp dövrü siyasətini gözdən keçirən bir mövqe göstərməsi başda BƏƏ olmaqla Körfəz ölkələrini narahat edirdi.

C.Baden iqtidara gələr-gəlməz sabiq ABŞ prezidenti Donald Trampın BƏƏ və Səudiyyə Ərəbistanına təqdim etdiyi "açıq çek" siyasətini geri çəkdi. Bundan başqa, Baden nüvə siyasəti ilə bağlı Tramp dövründə İrana qarşı tətbiq olunan "tam təzyiq" siyasətindən də uzaq durdu və bu vəziyyət İran qarşısında zəif qalan Körfəz ölkələrini axtarışa sövq etdi. Reaksiya olaraq bölgə ölkələri qonşuları ilə gərginliyi azaltma qərarına gəldilər. Üstəlik Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında neçə müddətdir davam edən və Yəmən mövzusunda daha açıq şəkildə ortaya çıxan narazılıq iki Körfəz ölkəsi arasında uyğunlaşmaya mane oldu. Xarici siyasətində olduqca praqmatik və həqiqi olan BƏƏ bu vəziyyəti Türkiyə ilə yaxınlaşmaq üçün bir fürsət olaraq gördü və digər bölgə ölkələrindən əvvəl davranaraq rəsmi Ankara ilə olan gərgin diplomatiyadan vaz keçərək normallaşma istiqamətində böyük bir addım atdı. Əslində bölgədəki normallaşma dalğası Qətərə mühasirə siyasətinin sona çatdırılmasıyla bir az əvvəldən başlamışdı.

Türkiyə üçün də normallaşmanın şüurlu səbəbləri var. Çünki bu mövzuya birtərəfli baxmaq olmaz. Rəsmi Ankara da neçə müddətdir ixtilaf içində olduğu bölgə ölkələri ilə normallaşmaya getmə üçün axtarışda idi. Misir, İsrail və Səudiyyə Ərəbistanı ilə müəyyən irəliləyişlər olsa da, hələ tam nəticə əldə edilməmişdi. BƏƏ ilə normallaşma digər qonşularla müqayisə edildiyində daha sürətli reallaşdı və Türkiyə bu mövzuda açıq diplomatiyaya mane olmadı. Çünki rəsmi Ankara son zamanlar özünə qarşı bölgədə yaranan bloklaşmanı qırmaq istəyirdi. Bu, Türkiyənin mövcud mövqeyindən vaz keçmədən Yunanıstan və Cənubi Kipr ətrafında yaranan ittifaqı dağıtma axtarışının da bir parçası olaraq düşünülə bilər. Məhz BƏƏ ilə yaşanan yaxınlaşma belə bir dövrdə baş verdi.

taşın “Türkiyə və BƏƏ arasında yumşalma” məqaləsini təqdim edirik